Bazar , Oktyabr 11 2026
azfa

Tramp İrandakı qadın həbsxanalarında cinsi zorakılığın artması ilə bağlı hesabatı paylaşdı

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 21-i, cümə günü axşam «Truth Social» sosial şəbəkəsində İranda atəşkəs dövründə həbsxanalarda saxlanılan qadınlara qarşı cinsi təcavüz və zorakılıq hallarının artması ilə bağlı hesabatı yenidən paylaşıb.

«Media Line»a istinadən yayımlanan hesabatda etirazçılardan birinin dindirilmə zamanı dəyənəklə cinsi zorakılığa məruz qaldığı bildirilir. Başqa bir hadisədə isə məmurların bir şəxsə həyat yoldaşına qarşı zorakılıq etdiklərini söyləməsindən sonra həmin şəxsin intihara cəhd etdiyi qeyd olunur.

Yazıda həmçinin hüquq müdafiə qruplarına istinadən bildirilib ki, müharibə başlayandan bəri İranda ən azı 3 646 nəfər həbs edilib.

«Media Line»ın hesabatında əlavə olunur ki, İranda internetin kəsilməsi və məhdudlaşdırılması müstəqil məlumatlara çıxışı çətinləşdirib. Buna görə də həbslərin və məhbusların hüquqlarının pozulması hallarının real miqyasını tam müəyyənləşdirmək mümkün deyil.

Həmçinin yoxlayın

Siyamək Mirzai girov müqabilində Ərdəbil həbsxanasından azadlığa buraxılıb

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzai 2026-cı il oktyabrın 10-da, şənbə günü, 10 milyard tümən girov …

Tehranın şimal-şərqində İranın nüvə silahları proqramı ilə əlaqələndirilən “Minzadehi” kompleksində yeni tikinti işləri aşkarlanıb

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 2026-cı il oktyabrın 10-da, şənbə günü, Tehranın şimal-şərqində yerləşən …