Şənbə , Noyabr 28 2026
azfa

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb.

Məlumata görə, “Əbu Mustafa” ləqəbi ilə tanınan yeni SEPAH zabiti Sənaya gəlib. Habelə, “Hizbullah”la əlaqəli mütəxəssislərin də Yəmənə daxil olduğu bildirilir. Onların husilərə əməliyyat planlaşdırılması və texniki məsələlərdə dəstək verdiyi ehtimal olunur.

Nəşr mütəxəssislərin və avadanlıqların Yəmənə daşınmasının İranın “Mahan Air” aviaşirkətinin uçuşları vasitəsilə həyata keçirilmiş ola biləcəyini yazıb. Bununla belə, gələn şəxslərin kimliyi və daşındığı iddia edilən avadanlıqların xarakteri müstəqil şəkildə təsdiqlənməyib.

İranın husilərə hərbi və texniki dəstəyi ilə bağlı iddialar daha əvvəl də səsləndirilib. Yəmən hökuməti 2026-cı ilin iyulunda Sənaya həyata keçirilən “Mahan Air” uçuşunun İranlı hərbi ekspertlər və SEPAH üzvlərini daşıdığını vurğulamışdı.

Həmçinin yoxlayın

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …

İbrahim Asimaninin vəziyyəti ilə bağlı məlumatsızlıq davam edir, azərbaycanlı fəalın səhhətindən narahatlıq artır

GADTB: İbrahim Asimaninin həbsindən 26 gün keçməsinə baxmayaraq, onun vəziyyəti ilə bağlı heç bir məlumatın …