Şənbə , Avqust 22 2026
azfa

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb.

Məlumata görə, “Əbu Mustafa” ləqəbi ilə tanınan yeni SEPAH zabiti Sənaya gəlib. Habelə, “Hizbullah”la əlaqəli mütəxəssislərin də Yəmənə daxil olduğu bildirilir. Onların husilərə əməliyyat planlaşdırılması və texniki məsələlərdə dəstək verdiyi ehtimal olunur.

Nəşr mütəxəssislərin və avadanlıqların Yəmənə daşınmasının İranın “Mahan Air” aviaşirkətinin uçuşları vasitəsilə həyata keçirilmiş ola biləcəyini yazıb. Bununla belə, gələn şəxslərin kimliyi və daşındığı iddia edilən avadanlıqların xarakteri müstəqil şəkildə təsdiqlənməyib.

İranın husilərə hərbi və texniki dəstəyi ilə bağlı iddialar daha əvvəl də səsləndirilib. Yəmən hökuməti 2026-cı ilin iyulunda Sənaya həyata keçirilən “Mahan Air” uçuşunun İranlı hərbi ekspertlər və SEPAH üzvlərini daşıdığını vurğulamışdı.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Tramp İrandakı qadın həbsxanalarında cinsi zorakılığın artması ilə bağlı hesabatı paylaşdı

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 21-i, cümə günü axşam «Truth Social» sosial şəbəkəsində İranda …