Çərşənbə axşamı , Sentyabr 1 2026
azfa

Skott Besent: SEPAH-ın 100 milyon dollarlıq evlərini və hesablarını müəyyənləşdirmişik, hamısını bloklayacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Besent Vaşinqtonun terrorçu SEPAH qruplaşmasının və onunla əlaqəli bütün şirkət və qurumların aktivlərini izlədiyini açıqlayıb. O, İran rejiminin xalqdan oğurladığı qanunsuz aktivlərin bloklanacağını və bu vəsaitlərin xalqa və ya terror qurbanlarına qaytarıla biləcəyini vurğulayıb.

Besent deyib: «Bəli, Dubaydakı bu bankla bağlı baş verən də məhz budur. Bunlar müxtəlif qurumlar ola bilər, təyyarə icarəsi ilə məşğul olan şirkətlər ola bilər. Biz onların hamısını araşdıracağıq. Buraya SEPAH-la biznes əlaqələri olan hər kəs daxildir.

Biz SEPAH-ın aktivlərini izləyirik və bunu televiziya kameraları qarşısında, bütün dünyaya canlı yayımlanan verilişdə deyirəm ki, bilin: hesablarınızın Britaniya Virgin adalarındakı hansı trast şirkətlərində yerləşdiyini bilirik.

Biz dünyanın müxtəlif yerlərindəki 100 milyon dollarlıq evlərinizdən xəbərdarıq və onların hamısını bloklayacağıq. Biz və tərəfdaşlarımız bunların hamısının fəaliyyətini dayandıracağıq.

Buna görə də İran rejiminin İrandakı xalqdan oğurladığı qanunsuz aktivləri hədəfə alacağıq. Bu aktivlər İran xalqına qaytarıla və ya “USS Cole” hərbi gəmisində və ya Livandakı hərbi kazarmalarda həyatını itirmiş hərbçilərin ailələri kimi terror qurbanlarına verilə bilər».

Həmçinin yoxlayın

Tarixi Azərbaycan ərazisinin Bijar bölgəsinin Yasukənd ərazisində üzüm festivalı keçiriləcək

GADTB: Kürdüstan ostanına ilhaq edilmiştarixi Azərbaycan ərazisi olan Bijarın Yasukənd şəhəri (Həsənabad Yasu­kənd) şəhrivərin 22–23-də …

ABŞ-ın dəniz blokadası İranın neft ixracını demək olar ki, dayandırıb

GADTB: Reuters xəbər verir ki, İran ilk dəfə olaraq təxminən yeddi həftədir Hörmüz boğazından əhəmiyyətli …