
GADTB: Təbrizdə moda və geyim tədbirlərinin keçirilməsi ilə bağlı yaranan qalmaqaldan sonra “Humay” Moda və Geyim müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Müəssisə Təbrizdə “Humay Moda və Geyim” tədbirini keçirdikdən sonra səlahiyyətli qurumların ifadəsi ilə desək, “ölkədə qüvvədə olan qayda və tələblərdən kənara çıxması” səbəbindən fəaliyyətinin dayandırılması ilə üzləşib.
Bundan əvvəl də Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşad Baş İdarəsi tədbirin təşkilatçılarını çağıraraq izahat tələb etmişdi. Bu addım Təbrizin “Nəhzət malikanəsi”ndə keçirilən moda və geyim proqramından görüntülərin yayılmasından sonra atılıb. Sözügedən görüntülər sosial şəbəkələrdə geniş yayıldıqdan sonra tədbirin keçirilmə qaydası ətrafında müzakirələr və qalmaqal yaranıb.
Hazırda isə “Humay” müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu qərar Təbrizdə moda, geyim və mədəni fəaliyyətlər sahəsində tətbiq olunan məhdudiyyət və təzyiqləri bir daha gündəmə gətirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi