Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimin Canfida layihəsi SEPAH-ın əsas qüvvələrini qorumaq üçün canlı sipər yaratmaqdır

GADTB: İran rejimi tərəfindən “Canfida” adı ilə təqdim edilən layihə sadəcə könüllü qüvvələrin təşkilatlanması planından daha çox, ciddi bir sual doğurur: Görəsən, hakimiyyət daha peşəkar və uzunmüddətli təcrübəyə malik qüvvələrini qorumaq üçün adı əlacsız qalıb bu dəstəyə qoşulan insanlardan ibarət bir müdafiə təbəqəsi yaradır?

40 günlük müharibə zamanı nəzarət-buraxılış məntəqələrinə edilən hücumlar SEPAH-a ciddi itkilərə başa gəlib və onun bir sıra ştatlı qüvvələri və zabitləri öldürülüb. Buna görə də belə nəticəyə gəlmək olar ki, rejimin “Canfida” adlı layihə ilə oynadığı oyunun bir hissəsi daha peşəkar və təcrübəli qüvvələrini qorumaqdan başqa bir şey deyil.

İndi hakimiyyət növbəti qarşıdurmanın yaxınlaşdığını bilir və küçələrdə daha çox qüvvəyə ehtiyac duyur.

Bu baxımdan “Canfida” daha ucuz və asanlıqla əvəz edilə bilən insanlardan ibarət təbəqənin yaradılması deməkdir. Bu təbəqənin məqsədi peşəkar qüvvələrin və yüksək rütbəli komandirlərin təhlükə qarşısında qalmasının qarşısını almaqdır.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …