
GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda beynəlxalq ticarət üçün alternativ marşrut təmin edə bilər.
Bu barədə Trampın xüsusi nümayəndəsi Uitkof TRIPP-ə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
O cümlədən qeyd edib ki, layihənin reallaşdırılması ticarət marşrutlarını bir neçə həftə qısaltmağa, dünyanın müxtəlif regionlarını bir-biri ilə bağlamağa və qlobal ticarət sistemindəki mövcud “dar keçidləri” yan keçməyə imkan verəcək.
“Hörmüz boğazı kimi dar keçidlər olduqda, malların daşınması üçün alternativ marşrutlara sahib olmaq xüsusilə vacibdir”, — deyə Uitkof vurğulayıb.
O, həmçinin TRIPP-in böyük həcmdə investisiyalar cəlb etmək iqtidarında olduğunu bəyan edib.
Uitkofun sözlərinə görə, layihə Ermənistana təqdim edilərkən, orada onun ölkənin gələcəyinə potensial təsiri yüksək qiymətləndirilib./Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi