Bazar ertəsi , Noyabr 30 2026
azfa

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqələrinin bərpası və Azərbaycanın əsas ərazisi Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqənin təmin edilməsi qarşılıqlı fayda verə bilər. Onun sözlərinə görə, bu marşrut Ermənistanın da Mərkəzi Asiya və Çinə çıxışını təmin edə bilər.

İran isə son illərdə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq, layihənin ölkəni beynəlxalq tranzit marşrutlarından kənarda qoya biləcəyini bildirir.

Hazırda Azərbaycan Çin, Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən əsas Şərq-Qərb tranzit marşrutlarından birinin üzərində yerləşir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …