
GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib ki, SEPAH-ın yüksək rütbəli komandirlərindən birinin İran İslam Respublikasının Hörmüz boğazına “tam nəzarət” etdiyi barədə açıqlaması həqiqəti əks etdirmir.
CENTCOM paylaşımında yazıb: “ABŞ qüvvələri İran İslam Respublikasının donanmasını batırıb və onun artıq donanması qalmayıb.”
Komandanlıq həmçinin bildirib ki, son bir neçə ay ərzində minlərlə gəminin və 1 milyarddan çox barrel neftin Hörmüz boğazından sərbəst şəkildə keçməsi İran İslam Respublikasının bu su yoluna nəzarət etmədiyini göstərir.
Bundan əvvəl İran İslam Respublikası Ordusunun koordinasiya üzrə müavini Həbibullah Siyari bildirmişdi: “Hörmüz boğazının qərbi, boğazın özü və Fars körfəzi SEPAH Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altındadır. Hörmüz boğazının şərqi və Hind okeanının şimalı isə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altındadır.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi