Bazar , Noyabr 22 2026
azfa

Təbrizli Sağər Muradi Asiya Oyunlarının çempionu oldu

GADTB: Təbrizli idmançı, qadın taekvandoçu Sağər Muradi 67 kq-dan aşağı çəki dərəcəsində final görüşündə Özbəkistan təmsilçisinə iki raundda qalib gələrək Asiya Oyunlarının qızıl medalını qazanıb.

Muradi bu çempionluqla İranda taekvando tarixində öz adını yazdırıb. Belə ki, qazandığı medal İran qadın taekvandoçularının Asiya Oyunları tarixində ilk qızıl medalı hesab olunur.

Bu tarixi uğur Təbriz və Azərbaycan üçün də böyük qürur mənbəyidir.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …