Şənbə , Oktyabr 3 2026
azfa

Azərbaycanlı gənc Əşkan Hilali bir il həbs cəzasına məhkum edilib

GADTB: Azərbaycan türkü Əşkan Hilali Qorvan Əcəbşir şəhər İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə həbs cəzasına məhkum edilib.

Azərbaycanlı gənc 1404-cü ilin dey ayında keçirilən etirazlar zamanı saxlanılmışdı. Əcəbşir şəhər İnqilab Məhkəməsi onu “ictimai asayiş və təhlükəsizliyi pozmaq, müqəddəsləri və məmurları təhqir etmək, İran İslam Respublikası rejiminə qarşı təbliğat aparmaq” ittihamları ilə təqsirləndirib.

Məhkəmə Əcəbşir şəhərinin Polis Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin hesabatına və onun “Instagram” səhifəsində yayımladığı materialların surətlərinə əsaslanaraq Əşkan Hilalini 6-cı dərəcəli həbs cəzasına məhkum edib.

Apellyasiya məhkəməsi də çıxarılan hökmü dəyişiklik etmədən təsdiqləyib.

Qeyd edək ki, Əşkan Hilali Şərqi Azərbaycanın Əcəbşir rayonundandır və mühasibatlıq üzrə doktorluq dərəcəsinə malikdir.

Həmçinin yoxlayın

Türkiyənin milli “KAAN” qırıcısı sınaq uçuşuna hazırlanır

GADTB: Türkiyənin “TUSAŞ” şirkətinin baş direktoru Məhəmməd Dəmiroğlu bildirib ki, milli “KAAN” qırıcısının yeni prototipi …

İran İslam Respublikası rejiminin bu həftə dənizdə heç bir nefti və gəliri olmayacaq

GADTB: ABŞ-ın maliyyə naziri Skot Besent İran İslam Respublikası rejiminin görünməmiş iqtisadi təcrid vəziyyətinə düşdüyünü …