Bazar ertəsi , Oktyabr 5 2026
azfa

Vərzğanda polis qüvvələrinin atəşi nəticəsində azərbaycanlı gənc öldürülüb

GADTB: Azərbaycanlı vəkil və insan haqları fəalı Sina Yusifi özünün “X” hesabında yayımladığı məlumatda yazıb ki, Şərqi Azərbaycan əyalətinin Vərzğan bölgəsindən olan Rza Fəllahi bir neçə gün əvvəl polis qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

Yusifi bildirib ki, onun ölüm səbəbi ilə bağlı nekroloqda “qəza” ifadəsi qeyd olunub. Həmçinin onun ailəsinin təhlükəsizlik qüvvələrinin təzyiqi altında ölümün əsl səbəbini açıqlamaqdan məcburən imtina etdikləri qeyd olunur.

Məlumata görə, Rza Fəllahi Vərzğanda polis qüvvələrinin açdığı atəşə məruz qalıb və bundan sonra həyatını itirib. Hadisənin dəqiq təfərrüatları, o cümlədən atəş açılmasının hansı şəraitdə baş verdiyi və ölümün rəsmi səbəbi indiyədək müstəqil şəkildə aydınlaşdırılmayıb. Məsul şəxslər də bu iddiaları təsdiq və ya təkzib edən hər hansı açıqlama verməyiblər.

Həmçinin yoxlayın

Tramp türk ölkəsi Özbəkistana səfər etmək istəyir

GADTB: ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək istəyir. Bunu ABŞ prezidentinin qlobal tərəfdaşlıqlar üzrə …

Kpler: Yaxın Şərqdən neft ixracı müharibədən əvvəlki səviyyəni keçib

GADTB: Dəniz daşımalarını izləyən “Kpler” şirkətinin məlumatları göstərir ki, Yaxın Şərqdən İran nəzərə alınmadan həyata …