Bazar , Noyabr 22 2026
azfa

Tramp türk ölkəsi Özbəkistana səfər etmək istəyir

GADTB: ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək istəyir.

Bunu ABŞ prezidentinin qlobal tərəfdaşlıqlar üzrə xüsusi nümayəndəsi Paolo Zampolli “O‘zbekiston 24” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Trampın prezident kimi sıx qrafiki var, lakin ABŞ lideri ona Özbəkistana səfər etmək istədiyini deyib.

“Ümid edirik ki, bu səfər mümkün qədər tez baş tutacaq”, – Zampolli qeyd edib.

O, səfərin konkret tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …