Tramp: İran hakimiyyəti razılaşmaya gəlir, sonra isə ona əməl etmir; onlara etibar etmək olmaz

GADTB: ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində İran İslam Respublikası rejiminin ABŞ-la razılaşmaq istədiyini bildirib, lakin İran hakimiyyətinin mümkün razılaşmaya əməl edəcəyinə şübhə ilə yanaşdığını vurğulayıb.

Tramp deyib: “İran hakimiyyəti heç vaxt nüvə silahına malik olmayacaq. Onlar razılaşmaq istəyirlər, lakin tezliklə razılaşmanın əldə olunub-olunmayacağını görəcəyik”.

O, eyni zamanda vurğulayıb: “Onlara etibar etmək olmaz. Gəlib razılaşırlar, sonra isə geri çəkilirlər. Görünür, razılaşmaq istəyirlər. İndi isə görəcəyik, həqiqətən razılaşacaqlarmı”.

ABŞ prezidenti danışıqlar prosesinə dair suala cavabında bildirib ki, Amerika qüvvələri İran İslam Respublikası rejiminin bütün hərbi dəniz və hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini, hərbi texnikasının və istehsal imkanlarının böyük hissəsini hədəfə alıb.

Tramp əlavə edib ki, İran İslam Respublikasının nüvə potensialı məhv edilsə də, hələ “bir və ya iki obyekt” qalır və onlarla bağlı tədbir görülməlidir.

O deyib: “Məncə, hələ bir və ya iki obyektlə bağlı tədbir görməliyik, lakin bunu 10 dəqiqə ərzində edə bilərik”.

Tramp çıxışının davamında “Kolang Qəzla” tunel kompleksinə də toxunaraq, ABŞ-ın nəzərdə tutduğu tədbirləri qısa müddət ərzində həyata keçirə biləcəyini bildirib.

Həmçinin yoxlayın

Molla rejimi dəniz blokadasının ləğv edilməsini danışıqlar masasına qayıtmaq üçün şərt kimi irəli sürüb

GADTB: ABŞ-nin aralıq seçkilərindən sonra mümkün müharibənin qarşısını almaq üçün Qətər vasitəçiləri Tehran və Dohada …

Əbdüləziz Əzimiqədim qəfil Evin həbsxanasından Qızılhisar həbsxanasına köçürüldü

GADTB: Siyasi məhbus, azərbaycanlı mədəni fəal, ruhani statusundan məhrum edilmiş və İran İslam Respublikası rejiminin …