Cümə , Noyabr 6 2026
azfa

İran uzun müddətdən sonra nüvə proqramının məhdudlaşdırılması planını nəzərdən keçirir

GADTB: ABŞ rəsmisi və danışıqlardan xəbərdar olan bir diplomat “The Times of Israel” qəzetinə bildiriblər ki, İran İslam Respublikası rejiminin nümayəndələri Tehranın nüvə proqramını məhdudlaşdırmağa dair təklifləri nəzərdən keçirirlər. Tehran indiyədək bu mövzuda müzakirələr aparmağa belə hazır deyildi. Nüvə proqramı İran İslam Respublikasının ABŞ ilə qarşıdurmasının əsas mövzularından biridir.

Həmin iki şəxsin sözlərinə görə, Qətər vasitəçiləri ötən həftə Tehran və Dohada keçirilən bir neçə danışıqlar mərhələsində bu təklifləri tərəflərə təqdim ediblər.

Diplomat əlavə edib ki, təkliflər nüvə proqramının tamamilə ləğvini nəzərdə tutmur, lakin yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyini müəyyənləşdirir. Onun sözlərinə görə, İran İslam Respublikası bu təklifləri qəbul edəcəyi təqdirdə ABŞ sanksiyalarının əhəmiyyətli dərəcədə yumşaldılmasından faydalana bilər.

Həmçinin yoxlayın

Telegraph: Müctəba Xamenei Putindən S-400 hava hücumundan müdafiə sistemlərinin verilməsini istəyib

GADTB: Böyük Britaniyanın “The Telegraph” qəzeti yüksək rütbəli iranlı məmura istinadən yazıb ki, İran İslam …

İrana qarşı hücum üçün ciddi hazırlıq gedir

GADTB: ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatları noyabrın 9-da bərpa etmək ehtimalını nəzərdən keçirir. “Fox …