Cümə axşamı , Noyabr 12 2026
azfa

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri ona Azərbaycanın Traktor komandasının rəqibinin xeyrinə hakimlik etməyi tapşırıblar.

Səfayinin sözlərinə görə, Traktorun oyunlarından birindən əvvəl ondan Premyer Liqada qalmaq uğrunda mübarizə aparan rəqib komandanın xeyrinə fit çalması istənilib.

O, liqanın son turlarında baş vermiş şübhəli telefon danışığından da bəhs edib. Hakimin bildirdiyinə görə, Traktorun aşağı liqaya düşmək təhlükəsi ilə üzləşən cənub komandalarından biri ilə oyunundan əvvəl Hakimlər Komitəsinin məsul şəxsləri onunla əlaqə saxlayaraq rəqib komandaya dəstək verməsini istəyiblər.

Səfayi bildirib ki, həmin oyunu idarə etməkdən imtina etmək istədikdən sonra növbəti mövsümdə ona hakimlik üçün dəvət göndərilməyəcəyi ilə hədələnib.

Keçmiş hakimin bu etirafı İran futbolunda hakimliyin şəffaflığı və oyunların nəticələrinə mümkün müdaxilələrlə bağlı ciddi sualları yenidən gündəmə gətirib.

Həmçinin yoxlayın

Urmiya Bələdiyyəsi Süngünün Mis kmandasını məğlub etdi – Video

GADTB: Azərbaycan Bələdiyyəsi (Urmiya) komandası Təbrizin Şəhid Şərifi idman zalında keçirilən maraqlı qarşılaşmada Süngünün Mis …

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …