
GADTB: İraq hökuməti Kürdüstan Regional Administrasiyasının ərazisindəki marşrutlar da daxil olmaqla, bütün qeyri-rəsmi sərhəd-keçid məntəqələrinin bağlanması barədə göstəriş verib. Qərarın tam şəkildə icra olunacağı təqdirdə, İran İslam Respublikası ilə əlaqəli ticarət marşrutlarına və maliyyə şəbəkələrinə təzyiqin artacağı gözlənilir.
İraqın Baş naziri Əli əl-Zeydi noyabrın 24-ü, çərşənbə axşamı günü Kürdüstan Regional Administrasiyasındakı sərhəd-keçid məntəqələrinə nəzarətin mərkəzi hökumətə verilməsi və neft ixracına nəzarətin gücləndirilməsi barədə göstəriş verib.
Bu qərar Reuters agentliyinin bundan əvvəl ABŞ-ın Tehrana iqtisadi təzyiqi artırmaq çərçivəsində Bağdaddan İranla olan sərhəd-keçid məntəqələrinin əksəriyyətini bağlamağı tələb etdiyini bildirməsindən sonra verilib.
“Wall Street Journal” qəzeti də bir müddət əvvəl dərc etdiyi məqalədə İran İslam Respublikasının qonşu ölkələrlə quru ticarət marşrutlarının məhdudlaşdırılmasını Tehrana iqtisadi təzyiqi artıran amil kimi qiymətləndirmişdi.
Bununla belə, İraq hökuməti yeni qərarın rəsmi məqsədinin qaçaqmalçılıqla mübarizə və mərkəzi hökumətin nəzarətinin gücləndirilməsi olduğunu açıqlayıb. Qərarın Vaşinqtonun tələbi ilə birbaşa əlaqəsi isə hələlik təsdiqlənməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi