
GADTB: Zəncanın Dəndi bölgəsində yerləşən Kalsimin şirkətinin işçilərinin etiraz aksiyası bu gün, bazar günü, 1405-ci il azər ayının 8-də ikinci gündür davam edib.
Etiraz edən işçilər aylıq təxminən 22 milyon tümən maaş aldıqlarını bildirərək əməkhaqqı ilə yaşayışın real xərcləri arasındakı kəskin fərqə etiraz edirlər. Onlar soruşurlar: belə bir maaşla həyatın hədsiz bahalı xərclərini necə qarşılamaq olar?
Etirazlar işçilərin daha əvvəl də əlavə iş saatlarının ləğvinə, ərzaq təminatının tamamilə dayandırılmasına və təhlükəsizlik avadanlıqlarının verilməməsinə qarşı narazılıqlarını bildirdikləri bir vaxtda davam edir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi