Cümə , Dekabr 27 2024
azfa

İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində Miyanada işsizlik 21 faizə çatıb

GADTB-nin mətbuat mərkəzinin Miyana saytına istinadən verdiyi məlumata görə Miyana şəhərinin İran adlanan dövlətin məclisindəki millət vəkili Fərdin Fərmənd bildirib ki, Miyanada keçmiş illərdə işsizlik 13 faiz idi lakin son məlumatlara görə, indi 21 faizə çatıb.

Miyananın millət vəkili bildirib ki, dövlətin iş yerləri açma siyasəti  zəifdir. Miyananın güclü potensialının olmasını nəzərə alaraq, əgər kənd təsərrüfatına diqqət yetirilsə işsizlik səviyyəsi azalar.

Məclisin Energetika Komissiyasının üzvü olan Fərmənd həmçinin bildirib ki, hazırda Miyananın sənaye şəhərcikləri tənəzzül vəziyyətindədir. Əgər oradakı zavod və fabriklər fəallaşdırılsa 2 min iş yeri açılar.

Qeyd edək ki, irqçi İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanın müxtəlif şəhərlərin güclü potensialının olmasına baxmayaraq ağır iqtisadi şərait və işsizlik hökm sürür.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …