Fars rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz olaraq Xoy şəhərində şüarlar yazıldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz olaraq azərbaycanlı fəallar Xoy şəhərinin divarlarına şüarlar yazdılar. Bununla azərbaycanlı fəallar fars rejiminin irqçi bəyanatına qarşı olduğunu bildiriblər.

Azərbaycanlı fəallar Xoy şəhərinin divarlarına “Ana dilimiz bizim çizgimizdir” yazmaqla Azərbaycan türkcəsinin Azərbaycan millətinin qırmızı xətti olduğunu bildiriblər.

Qeyd edək ki, bir neçə gün önə irqçi fars rejimin təhsil naziri fars dilini rejimin qırımızı xətti adlandıraraq, qeyri-fars xalqların dilində tədrisin qadağan oldunduğunu qeyd etmişdi. Bu isə ciddi şəkildə Azərbaycan türklərinin etirazına səbəb oldu.

Bir neçə gün öncədən Güney Azərbaycanın Ərdəbil, Təbriz şəhərləri və Muğan bölgəsində azərbayanlı fəallar rejimin təhsil nazirinin irqçi bəyanatına qarşı divarlara şüarlar yazmışdılar.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın