Xameneyinin müsəlmanları neftə satdığını ABŞ da etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin müsəlmanları himayə etməsinin əslində bir yalan və riyakarlıq olduğu çoxdan məlum idi. Hətta rejim müsəlman azərbaycanlıları qətliam edib ərazisini işğal edən xristian Ermənistana yardım etdiyi də kimsəyə sirr deyildir.

Artıq irqçi fars rejimin və onun rəhbəri Əli Xamneyinin hətta müsəlman uygur türklərini qətliam edən çinlilərlə müttəfiq olduğu və onları neftə satdığını ABŞ da etiraf etməyə məcbur olub.

Belə ki, ABŞ Dövlət katibi Mayk Pompeo sözləri öz Tvitter səhifəsində “Xamenei məzlum müsəlmanları neftə dəyişir” cümləsini yazaraq paylaşıb.

“Xamenei özünü islam dünyasının lideri sayır, amma onun hökuməti İran neftinin əsas alıcısı olan Çinin yüz minlərlə müsəlmanın necə təqib edərək, həbs etməsini görməzdən gəlir” – deyə o bildirib.

Qeyd edək ki, Çin hələ də İran neftinin əsas tədarükçüsüdür.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın