Bazar ertəsi , May 20 2024
azfa

İrqçi fars rejimin yerini neft bazarında Rusiyanın tutmasına reaksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ABŞ sanksiyalarına görə dünya neft bazarında itirdiyi mövqeləri Rusiya və Səudiyyə Ərəbistanı tutur.

Bu sözləri rejimin mətbuatı da etiraf edib. Rusiyanı tənqid edən mətbuat “Rusiya sözdə dostdur”, “Putin öz mənfəətinə görə hər şeyə hazırdır”, “Rusların neft ətrafında oyunları”, “Rusiya İranı aldatdı”, “Rusiya müttəfiq, yoxsa rəqib?” başlıqları ilə materiallar dərc etməyə başlayıb. Mətbuat Moskvanı İrana qarşı Səudiyyə Ərəbistanı və ABŞ-la əməkdaşlıqda ittiham edib.

“Rusiya birinci dəfə deyil ki, İranın maraqlarına zərər vurur. Moskva bir daha sübut etdi ki, hər fürsətdə yalnız öz mənfəəti barədə düşünür. Putin öz maraqları üçün hər şeyi edəcək və o, artıq Vaşinqtonla müttəfiqliyə gedir”, – “Aftab Yəzd” qəzeti bildirib.

“İqtisad” qəzeti də Moskvanı sərt tənqid edərək, Rusiyanın İrana qarşı hər kəslə müttəfiqliyə hazır olduğunu deyib:

“Antiiran üçbucağı heç vaxt olmadığı qədər realdır. ABŞ Rusiya və Səudiyyə Ərəbistanı ilə birgə İranı neft bazarından çıxarmağı planlaşdırır”.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …

Bir cavab yazın