İrqçi fars rejim himayə etdiyi Ermənistana təşəkkür edib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyana Ermənistanın Tehrana münasibətdə tutduğu mövqeyə görə təşəkkür edib.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni şərqşünas Vardan Voskanyan paylaşıb. Onun sözlərinə görə, Zərifin Mnatsakanyana təşəkkürü İranın Ermənistandakı səfiri Seyid Qasım Sadcədi vasitəsilə çatdırılıb:

“İranın diplomatik dilindən tərcümədə bu, Tehranın İrəvanın mövqeyindən razı olduğu deməkdir. Xüsusilə Tehran Con Boltonun səfəri zamanı İrəvanın tutduğu mövqedən razı qalıb”.

Qeyd edək ki, Mnatsakanyanla iranlı səfir dünən görüşüblər.

Bir müddət əvvəl Bolton İrəvanda Ermənistan hökumətini İrana qarşı təzyiqlərə çağırmışdı. Boltonun bu açıqlamasına cavabında Ermənistan Baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan İranın ölkəsi üçün mühüm iqtisadi tərəfdaş olduğunu bildirib. Bundan öncəki açıqlamasında isə o, İranla sərhədin qapanması mümkünlüyünü istisna etməmişdi.

 

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın