Azərbaycanlı mədəni fəal Səfiyyə Qarabağı bəraət aldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Zəncan sakini olan azərbaycanlı mədəni fəal Səfiyyə Qarabağı bəraət alıb. Azərbaycanlı fəal dünən noyabr ayının 6-da mühakimə edilərək, “sistem əleyhinə təbliğ” və “milli təhlükəsizliyə qarşı çıxmaq” ittihamlarından bəraət alıb.

Azərbaycanlı fəal Səfiyə Qarabağı özü facebook səhifəsində bu barədə məlumat yayıb.

Qeyd edək ki, Səfiyyə Qarabağı bundan öncə irqçi fars rejimin Zəncanda yerlşən məhkəməsində mühakimə edilərək, “sistem əleyhinə təbliğ” və “milli təhlükəsizliyə qarşı çıxmaq”da ittiham edilmişdi.

Həmçinin fəalın “yalan məlumatla ictimai rəyi təhrik etmə” barədə yalan ittihamı barədə isə hələlik qərar verilməyib.

Qarabaği ötən il “sosial şəbəkələr vasitəsi ilə sistem əleyhinə təbliğ etmək”, “fitnə cərəyanını dəstəkləmək” və “yalan məlumat yaymaq” ittihamı ilə rejimin Zəncanda yerləşən Ettelaat İdarəsi tərəfindən saxlanılmışdır. Onun bu ittihamlarla qarşılaşmasının Beynəlxalq Ana Dili Günü saxlanılanları dəstəkləmək, qadın hüquqları pozuntularına etiraz etmək, ölkədə azadlığın olmaması və qadınlar haqda qəbul olunan qanunlara etiraz etmək, siyasi məhbuslara dəstək vermək, ədalətsizlik və ayrıseçkiliyə etiraz bildirmək və Mir Hüseyn Musəvinin atasının ölüm ilə bağlı yazılan başsağlığı mesajını imzalamaq kimi işlərlə əlaqədar olduğu bildirilib.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın