Cümə axşamı , Aprel 25 2024
azfa

İrqçi fars rejimə qarşı daha sərt sanksiyalar tətbiq edilir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Vaşinqtonun İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Tramp administrasiyasının İrana qarşı tətbiqinə başladığı sanksiyaların detallarını açıqlayan Bolton bildirib ki, Vaşinqton İrana qarşı sanksiyaları daha da genişləndirməyi planlaşdırır: “Qarşıdan yeni və daha ağır sanksiyalar gəlir. Biz, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın İrana qarşı tətbiq etdiyi sanksiyalar səviyyəsi ilə razılaşmayacaq, hazırkı sansiyalarla kifayətlənməyəcəyik. Biz, hazırkı qadağaları daha da genişləndirəcəyik”.

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq ABŞ İran neftinin satışına qadağaların icrasına dair sanksiyalar tətbiq edib. Qadağalar siyahısına İranın 600 hüquqi və fiziki şəxsi də daxildir. Qeyd edək ki, İran neftinin satışına qoyulan sanksiyalardan sonra bu ölkənin iqtisadiyyatının ciddi böhrana gətirib çıxaracağı proqnozlaşdırılır. Ölkənin gəlirlərinin sıfıra endirilməsini nəzərdə tutan sanksiyalar paketi İran milli valyutasının tam dəyərdən düşməsinə və Tehran rejiminə qarşı sosial etirazların baş qaldırmasına hesablanıb. ABŞ İrandan nüvə proqramından birdəfəlik imtina etməyi, eləcə də Suriyadan qoşunlarını çıxartmağı, İraqdan çəkilməyi və Yəməndə husi üsyançılarına dəstəyə son qoymasını istəyir. Əgər İran bu tələbləri yerinə yetirməyərək müqavimət göstərməyə davam etsə, o zaman daha ağır sanksiyaların tətbiqi gözlənilir. Bu isə İranda mövcud rejimin devrilməsinə gətirib çıxara biləcək kütləvi xalq etirazlarının baş qaldırmasına şərait yaradacaq. Ona görə də neft satışına qoyulan qadağalar İrana qarşı ən sərt sanksiyalar hesab edilir.

Lakin Con Bolton İran rejimini çökdürmək üçün daha sərt sanksiyaların hazırlandığını deyir. Buna baxmayaraq, ABŞ prezidentinin müşaviri yeni embarqoların nədən ibarət olacağını açıqlamayıb.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın