Şənbə , Noyabr 23 2024
azfa

İrqçi fars rejimi Əhvazda silahlı hücumu bəhanə edib 22 ərəb fəalı edam etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Əhvazda silahlı hücumu bəhanə edib 22 ərəb fəalı edam edib. Ərəblərə yaxın mənbələrin noyabr ayının 10-da yaydığı məlumata görə, təxminən ay yarım əvvəl ərəblərin yaşadığı Ələhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum bəhanəsi ilə 22 ərəb fəalı edam edilib.

Kütləvi edamların noyabrın 8-i səhər saatlarında Əhvazın mərkəzi zindanında baş verdiyi bildirilir. Edam edilənlər ailələrinin xəbəri olmadan gizli şəkildə dara çəkiliblər.

Edam edilən ərəb fəalların ailələrinə bildiriblər ki, yas saxlaq və mərasim keçirmək qadağandır.

Dara çəkilmiş fəalların cənazələri valideynlərinə təhvil verilmədən naməlum bir yerdə dəfn ediliblər.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı vəkil tibbi yardımdan məhrum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı vəkil tibbi …

Azərbaycanlı milli-mədəni fəal məhkəməyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan Azərbaycanlı milli-mədəni fəal və Azərbaycan rəqsi …

Bir cavab yazın