Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə,  Fransanın Avropa və Xarici İşlər Nazirliyindən bildirilib ki, “Bizim mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq”.

Məlumata görə bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyindən açıqlama verilib. Nazirliyin məlumatında vurğulanır ki, “Alforvil bələdiyəsi tərəfindən imzalanan “xartiya”nı hökümət riayyət etməyə məcbur deyil”.

Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Fransaya səfəri çərçivəsində Alforvil bələdiyəsi ilə separatçı qurum arasında dostluq “xartiyası” imzalanıb.

Bununla əlaqədar Fransanın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …