Çərşənbə , İyun 10 2026
azfa

İrqçi fars rejimin həbs etdiyi azərbaycanlı şair ağır xəstələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, Güney Azərbaycanın Savə şəhərindən olan, işğalçı fars rejimin türkcə şeir yazdığına görə həbs etdiyi azərbaycanlı şair Əmir Səlamət ağır xəstələnib.

Yayılan məlumata görə şair rejimə qarşı türkcə şeirlərinə görə 4 il həbsə məhkum edilib və hazırda il yarımdır həbsdədir.

Rejimin zindanında azərbaycanlı şair sümük toxuması xərçənginə tutulub və əli kəsilməlidir.

Qeyd edək ki, Savə Azərbaycanın tarixi şəhərlərindəndir və Azərbaycan irqçi fars rejim tərəfindən tikə-tikə edlərkən Mərkəzi vilayət tərkibində Azərbaycandan paçalanaraq ayrılmışdır.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

Bir cavab yazın