Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Berlində GADTB rəhbərliyinin də iştirakı ilə 21 Azər törəni keçirildib

GADTB-nin Mətbuat Mərkəzinin İşıq Yola istinadən yaydığı məlumata görə, Almaniyanın Berlin şəhərində İşıq Yolun təşkilatçılığı ilə 21 Azər törəni keçirilib. Həmin möhtəşəm törənə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) rəhbərliyindən sayın Əjdər bəy Tağızadə və sayın Eldar bəy Qaradağlı da qatılıblar.

Mərasim dekabr ayının 15-də saat 16:00-da başlanıb 21:45-də sona çatıb.

21 Azər törəni Milli Hökümetin milli marışı ilə başlanıb, sonra Şərifə Cəfəri İşiq Yol dərnəyinin sedri olaraq törənə qatılanlara xoş gəldin deyib törənin açıq olduğunu elan etdilər.

Proqramın aparıcısı dr.Avşar Abbasi iştirakçılardan o cümlədən sayın Əjdər bəy Tağızadə və sayın Eldar bəy Qaradağlıya, həmçinin Məhəmmədəli Hüseyni, Ahmed Hesenzade, xanım Solmaz Bilgin, Aziz Salami, Hebib Celili Maku, Haşım Bilgin və digər iştiraçkılara söz verildi.

Həmçinin yoxlayın

İqtisadi təzyiqlər molla rejimi diplomatik səylərini sürətləndirməyə vadar edib

GADTB: “Reuters” iqtisadi böhranla bağlı yaydığı xəbərdə ABŞ, Yaxın Şərq və İran mənbələrinə istinadən bildirib …

Marko Rubio: İran rejiminin maliyyələşdirilməsi minlərlə insanın ölümündə rol oynayıb

GADTB: ABŞ dövlət katibi Marko Rubio milyonlarla insanın izlədiyi çıxışında ABŞ-ın keçmiş prezidenti Barak Obamanın …

Bir cavab yazın