Şənbə , Aprel 25 2026
azfa

Azərbaycanlı fəallar professor Zehtabinin məzarı başına toplaşdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Azərbaycan Milli Hərəkatının dəyərli simalarından olan professor Məhəmmədtağı Zehtabinin rejim tərəfindən öldürülməsinin ildönümü münasibətilə azərbaycanlı fəallar onun məzarı başına toplaşdı.

Azərbaycanlı fəallar beləliklə professor Zehtabinin xatirəsini anıb, onun yolunun davam etdiyini nümayiş etdiriblər.

Qeyd edək ki, məşhur dilçi və tarixçi, eləcə də Azərbaycanın azadlıq mücadiləsinin böyük ideoloqlarından olan professor Zehtabinin cənazəsi 1995-ci il dekabrın 22-də Almaniya səfərindən sonra Şəbistərdə öz evində tapılmışdır. Azərbaycanlı ziyalının rejim tərəfindən öldürüldüyü bildirilir.

İşğalçı fars rejim indiyədək çox sayda azərbaycanlı fəalın müxtəlif şəkildə həyatına qəsd edib.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …

Bir cavab yazın