Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı gənclər Təbrizin El-gölü parkında rejimin fitnəkarlığına qarşı xanımlara gül verdilər- Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən 2019-cu il yanvar ayının 20-də işğalçı fars rejimin bir gün öncə Azərbaycana qarşı törətdiyi fitnəkarlığın təsirini sıfıra endirmək məqsədilə Təbrizin El-gölü parkında xanımlara gül hədiyyə etdilər. 

Kampaniyada azərbaycanlı gənclər və Traxtur komandasının tərəfdarları iştirak edib.

Bu kampaniya 2019-cu il yanvar ayının 19-da El-gölü parkında bir neçə rejimə bağlı oğlanın iki qıza hücum edərək onlara qarşı nalayiq hərəkətlər etdiyi və bu hərəkəti Azərbaycan gənclərin hərəkəti kimi qələmə vermələri ilə əlaqədar olub.

Qeyd edək ki, yanvar ayının 19-da Təbrizin El-gölü parkında iki gənc qıza qarşı rejimə bağlı gənclər xoşagəlməz hərkət ediblər. Bir neçə oğlan qartopu oynamaq bəhanəsi ilə qızlara hücum edib və nalayiq hərəkətlər ediblər.

Təbrizdə Polis İdarəsi hadisə ilə bağlı iki nəfərin yaxalayıb. Bu nalayiq hərəkət və onun azərbaycanlı gənclərlə bağlamaq cəhdi Azərbaycan ictimaiyyətini qəzəbləndirib və nəticədə azərbaycanlı fəallar xanımlara gül hədiyyəsi kampaniyası ilə rejimin bu qərəzli niyyətinin qarşısını almağa çalışıblar.

 

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın