Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Rejimin məmurları Ərdəbildə azərbaycanlı fəalların evləri və iş yerlərində axtarış apardılar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin məmurları dünən fevral ayının 10-da kütləvi şəkildə Ərdəbildə azərbaycanlı fəalların evləri və iş yerlərində axtarış apardılar.

Onlar əsasən azərbaycanlı fəallar Murtəza Pərvin, Mehdi Dustdar, Rəhim Noruzinin evində və Əli Vasiqi və Məzahir Malinin iş yerində axtarış aparıblar.

Rejimin məmurları axtarış aparakən son günlərdə azərbaycanlı siyasi məhbuslar, xüsusilə Abbas Lisaninin həbsi ilə bağlı hazırlanan posterləri axtarıblar.

Qeyd edək ki, son günlər Ərdəbilin və digər şəhərlərin divarlarına çoxsaylı posterlər yapışdırılıb və azərbaycanlı fəalların azadlığı tələb edilib.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın