İran adlanan ölkə Urmiya gölünə tökülən bütün çayların qarşısını kəsib

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Güney Azərbaycanın Makı şəhərinin millət vəkili Eynulla Şərifpur bu barədə açıqlama verib. O deyib ki, nə Urmiya gölünün bərpasına başlanılıb, nə də əkinçilik üsulu dəyişdirilib.

Şərifpur deyib ki, Urmiya gölünün bərpası məqsədilə gölün cənubundakı çaylardan birindən gölə su açılıb buraxılmalı idi. Lakin hələ ki, bu baş verməyib. O Urmiya gölünün ciddi ekoloji fəlakətlə qarşı-qarşıya olduğunu qeyd edib.

Qeyd edək ki, İran rejimi qəsdən Urmiya gölünü qurudub. Bunda məqsəd isə Güney Azərbaycanı xarabaya çevirmək və milyonlarla türkün bölgədən məcburi köçməsinə şərait yaratmaqla onları assimilyasiyaya uğratmaqdır.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın