Türkiyə mütəxəssisləri “S-400”-lər üçün ilk öncə Azərbaycanda təlim keçəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Rusiyadan alacağı “S-400” zenit-raket komplekslərinin öyrənilməsi üçün Rusiyaya göndəriləcək heyət ilk olaraq Azərbaycana gələcək.

Təlim-tədris proqramında iştirak edəcək təxminən 100 nəfərdən ibarət heyət Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan “S-300 PMU2” zenit-raket sistemlərini araşdıracaq və yazın sonunda Rusiyaya gedəcək.

Qeyd edək ki, “S-400” komplekslərinin çatdırılma haqqında Rusiya-Türkiyə müqaviləsi 2017-ci ildə bağlanıb. 2,5 milyard dollarlıq müqavllə çərçivəsində Türkiyəyə 4 “S-400” divizionu çatdırılacaq.

Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, “S-400”-lərin alınması qabaqcıl texnologiyaların və “F-35” qırıcıların Türkiyəyə satışının və Ankaranın “F-35” proqramında iştirakının dayandırmasına gətirib çıxara bilər.

Öz növbəsində, Türkiyə tərəfi bildirib ki, hətta “Patriot” sistemlərin alınması halında belə, “S-400”-lərdən imtina etməyə hazırlaşmır, çünki, bu mövzular bir-biri ilə əlaqəli deyil.

Türkiyənin müdafiə naziri Hulisi Akar ötən həftə bildirib ki, Türkiyədə “S-400” zenit-raket sistemlərinin yerləşdirilməsi prosesi bu ilin oktyabrında başlanacaq. Hərbi idarənin başçısı həmçinin qeyd edib ki, Ankara və Vaşinqton “Patriot” sistemlərinin mümkün çatdırılması haqqında danışıqları davam etdirir.

 

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın