Çərşənbə , Sentyabr 30 2026
azfa

Güney Azərbaycanın Həmədan bölgəsində tarixi abidə dağılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan vilayətində irqçi fars rejimin biganəliyi, eləcə də aramsız yağan yağış nəticəsində tarixi abidə dağılıb.

2019-cu ilin aprel ayının 1-də güclü yağıntılar Mir Fəttah Soyuducusu adlı tarixi abidə tamamilə uçub.

Günbəz şəklində olan Mir Fəttah Soyuducusu uzun illərdir ki, baxımsız vəziyyətdə olub.

Qacar dövrünə aid olan tarixi abidə kərpicdən tikilib. Onun iki qapısı olmaqla və hündürlüyü 12 metr olub. Mir Fəttah Soyuducusu 2001-ci il martın 15-də ölkədə tarixi abidə kimi qeydiyyata alınıb.

Bundan əlavə, Həmədan vilayətində çoxsaylı abidələr zərər görüb. Bu vilayətdə yerləşən Əsədabad şəhərinin bir neçə kəndini su basıb. Daşqınlar nəticəsində 100-ə yaxın evə ciddi ziyan dəyib, onların bəziləri təmami ilə dağılıb. Hazırda Nüsrətabad və Nəcəfabad kəndləri sel sularının əhatəsindədir.

Həmçinin yoxlayın

Skot Besent: İran İslam Respublikasının maliyyə və silah təminatçılarını müəyyən edib ifşa və təcrid edəcəyik

GADTB: ABŞ-ın maliyyə naziri Skot Besent İran İslam Respublikasının silah təchizatı şəbəkələri ilə əlaqəli 10 …

Vens: İran ticarət gəmilərinə hücum etməklə İslamabad anlaşmasını uğursuzluğa düçar edib

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı konservativ jurnalist və podkast aparıcısı Vinsent Koqlyanezi ilə …

Bir cavab yazın