Cümə axşamı , Yanvar 2 2025
azfa

Ermənilər Anadoluya Balkanlardan gəliblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilər Anadoluya qərbdən, Balkanlardan gəliblər. Bu sözləri türiyəli tarixçi, professor İlbər Ortaylı Heydər Əliyev Mərkəzində təşkil edilən “Qafqaz tarixi” adlı konfransda çıxışı zamanı deyib.

“Ermənilər urartuluları öz əcdadları hesab edirlər. Ermənilər Anadoluya qərbdən, Balkan yarımadasından gəliblər. Onların urartulularla bağlılığı yoxdur. Böyük ehtimalla urartuluların çeçenlərlə bağlılığı var. Lakin onların da Anadoludan Qafqaza, Qafqazdan Anadoluya getdikləri bəlli deyil. Ermənilər Qafqaza sonradan yerləşiblər. XVIII yüzilliyə qədər bu regionda erməni sayı olduqca az idi. Qafqazda ən hegemon etnos və dil şübhəsiz ki, türk və türkcədir. Burada Oğuz ləhcəsi danışılır”.

 

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın