Bazar ertəsi , May 6 2024
azfa

Türkiyə ABŞ-ı F-35-lə bağlı öhdəliklərini icra etməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankara F-35 proqramı çərçivəsində istehsalçı ölkələrdən onun qarşısındakı öhdəliklərin icrasını gözləyir.

Bunu Türkiyə Müdafiə naziri Hulusi Akar ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahanla görüşü şərh edərkən deyib.

“ABŞ müdafiə naziri ilə danışıqlar müsbət məcrada keçib. Biz böyük məmnuniyyətlə qeyd edirik ki, ABŞ kifayət qədər bizim baxışlarımıza yaxınlaşıb. Biz F-35 layihəsi çərçivəsində bütün öhdəliklərimizi icra etmişik. Eyni şəkildə biz gözləyirik ki, layihənin iştirakçısı olan bütün 8 ölkənin hamısı bizə qarşı öhdəliklərini icra etsin”, – deyə o bildirib.

Qeyd edək ki, Akar dünən ABŞ-a səfər edib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın