Rejim azərbaycanlı fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini barəsində iddianaməni açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehranda yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini barədə hazırlanan iddianamənin detallarını açıqladı.

Fəallara qarşı hazırlanan bir neçə səhifəsi iddianamə rejimin Tehrankı İnqilab Məhkəməsinin 26-cı şöbəsinə çağırılan fəallara açıqlanıb. Azərbaycanlı fəallar Kiyanuş Aslani və Tohid Əmir Əminidən özlərini müdafiə etmək üçün 2019-cu il iyunun 22-də məhkəmədə olmalıdırlar.

Fəallar həmin gündə məhkəmədə “sistemin əleyhinə təbliğat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma” ittihamlarından özlərini müdafiə edəcəklər. Məhkəmə iclasına hakim Maşallah Əhmədzadə sərdlik etməlidir.

İddianamədə yazılıb: “Bu iki müttəhim pantürkist qrupunun məqsədini bildiyi halda qəsdən bu qrupa qoşulub, onlar qrupa üzvlər tapmağa çalışıb və nəticə etibarı ilə ölkəni türk qövmlərinin xeyirinə olaraq parçalamağa cəhd göstəriblər. Onların virtual aləmdə göndərdikləri mesajlar da bu hədəfə çatmaq istiqamətində olub. Müttəhimlərin müxtəlif insanlara göndərdikləri mesajlar onların inqilaba zidd cərəyanlarla əlaqələrinin nə qədər dərin olduğunu göstərir.”

Lakin iddinamədə fəalların hansı qrupa üzv olduqları qeyd olunmayıb.

Qeyd edək ki, Tohid Əmir Əmini və Kiyanuş Aslani Beynəlxalq Ana Dili Günü ilə bağlı traket və braşura yaydıqları üçün Tehranda yaxalanıblar və hazırda Tehranın Evin zindanında həbsdədirlər.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın