Rejimin şərləyib həbs etdiyi Siyamək Mirzaiyə azadlıq tələb ilə Tehranda divarlara posterlər yapışdırılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar irqçi fars rejimin şərləyib həbs etdiyi Siyamək Mirzaiyə azadlıq tələb ilə Tehranda divarlara posterlər yapışdırıblar.

Qeyd edək ki, irqçi fars rejimin saxta ittihamlar şərləyək həbsdə saxlamaq istədiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasına davam edir. O artıq 6 gündür aclıq aksiyasındadır.

Azərbaycanlı fəal yenidən şərlənməsi, eləcə də müvəqqəti zaminə buraxılması üçün vəsiqənin ailəsi tərəfindən təmin edilməsinə baxmayaraq sərbəst buraxılmamasına etiraz olaraq Evin zindanındakı 209-cu bölməyə köçürüldükdən sonra 2019-cu il iyulun 1-də aclıq aksiyasına başlayıb.

İrqçi fars rejim yenidən şərlədiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin girov qarşılığında müvəqqəti zaminə buraxılmasına icazə verməmişdi.

Azərbaycanlı fəalın ailə üzvləri dünən 2019-cu il iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət etmişdilər. Lakin fəalın ailəsi rejimin məmurlarının kobud cavabı ilə qarşılaşımışlar. Məmurlar demişdilər: “Gedin, hər zaman sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq”.

Həmçinin yoxlayın

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …

Molla rejimi Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir

GADTB: İrqçi fars-molla rejimi məmurlrı Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir. Son həftə …

Bir cavab yazın