Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Rejimin həbs etdiyi Ruhulla Əhmədnəjad hələ də ETTELAAT-da saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Ruhulla Əhmədnəjad hələ də ETTELAAT-da saxlanılır.

Azərbaycanlı milli-mədəni fəal yaxalandıqdan 20 gün sonra ailəsi ilə qısa telefon əlaqəsində hələ də Təbrizdə yerləşən rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlandığını deyib.

Fəal telefon əlaqəsi saxlayana qədər onun vəziyyəti  barədə heç bir məlumat yox idi. Fəalın ailə üzvlərindən biri deyib ki, o işgəncə edilməsinə dair heç nə bildirməyib. Lakin fəalın səsindən onun işgəncəyə məruz qaldığını hiss etmək olurdu.

Həmçinin rejim fəalın ailəsinə təzyiq göstərilib ki, fəal barəsində heç nə danışmasınlar.

Qeyd edək ki, Ruhulla Əhmədnəjad iyulun 2-də Təbrizdə öz iş yerində rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb.

Rejimin ETTELAAT məmurları fəalı yaxaladıqdan sonra onun qardaşı evinə hücum edib məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartının məmurlar tərəfindən müsadirə edildiyi bildirilir.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın