Rejim Siyamək Mirzayini sürgünə göndərmək üçün polis idarəsinə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, həbs müddətinin sona çatmasına baxmayaraq, yenidən irqçi fars rejim tərəfindən şərlənən azərbaycanlı fəal Siyamək Mirzayi sürgün göndərilmək üçün rejimin polis idarəsinə köçürülüb.

Fəalın sürgünə köçürülmə məsələsinin necəliyinə bu gün məhkəmədə baxılacaq. Fəalın Qainə sürgün ediləcəyi bildirilir.

Qeyd edək ki, azərbaycanlı fəal yenidən şərlənməsi, eləcə də müvəqqəti zaminə buraxılması üçün vəsiqənin ailəsi tərəfindən təmin edilməsinə baxmayaraq sərbəst buraxılmamasına etiraz olaraq Evin zindanındakı 209-cu bölməyə köçürüldükdən sonra 2019-cu il iyulun 1-də aclıq aksiyasına başlamışdı.

Azərbaycanlı fəalın ailə üzvləri dünən 2019-cu il iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət etmişdilər. Lakin fəalın ailəsi rejimin məmurlarının kobud cavabı ilə qarşılaşımışlar. Məmurlar demişdilər: “Gedin, hər zaman sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq”.

Siyamək Mirzayi 3 illik həbs müddətinin sona çatması ilə yenidən həbsdə saxlanılması məqsədilə rejim tərəfindən yenidən şərlənərək 2019-cu il iyunun 26-da “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib.

Fəal hazırda müvəqqəti zaminə buraxılması üçün də yüksək məbləğdə vəsiqə də girov qoyub.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın