Şənbə , Aprel 27 2024
azfa

Rejimin təcili yardım işçisi Urmiyada xəstəyə türkcə danışdığı üçün yardım göstərmədi – video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Urmiyaya göndərdiyi təcili yardım işçisi Urmiyada xəstəyə Azərbaycan türkcəsində danışdığı üçün yardım göstərmədi.

Urmiyada Təcili Tibbi Yardım Mərkəzinin göndərilmiş işçi fars olduğu üçün irqçi yanaşma ilə xəstəni xəstəxanaya çatdırmaq və ona yardım etməkdən imtina edib.

Yayılan videodan məlum olur ki, “xəstə farsca danışa bilmədiyindən və problemini Azərbaycan türkcəsində anlatdığı üçün Təcili Tibbi Yardım Mərkəzi fars işçisinin qeyri-insani və məsuliyyətsiz reaksiyası ilə üzləşib.”

Həmin qeyri-yerli işçi xəstə və onu müşayiət edən qohumları ilə mübahisə etdikdən sonra onları Urmiyanın Xorrəmşəhr küçəsində təcili yardım maşınından endirib.

Teleqram kanallarıında həmçin irqçi şəxsin adının Rza Rizvanpur olduğunu, Urmiyanın İqbal Tibb Mərkəzində çalışdığı qeyd edilib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın