Şənbə , Sentyabr 26 2026
azfa

Əhalini dözülməz vəziyyətə salan irqçi fars rejim yeni silahlar istihsal edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dağıdıcı siyasətlə əhalini dözülməz vəziyyətə salan irqçi fars rejim yeni silsahların təqdimatını keçirib.

Məlumata görə, rejim “Yasin”, “Balaban” və “Qaim” idarə olunan və smart bombalarının təqdimatını keçirib.

Təqdimat mərasimində çıxış edən rejimin müdafiə naziri Əmir Hatəmi bombaların xüsusiyyətlərinə diqqət çəkib.

O bildirib ki, “Balaban” smart bombası qatlanan qanadlarla təchiz olunub. Bu bomba buraxıldıqdan sonra qanadlar açılır və hədəfə doğru hərəkət edir.

“Yasin” bombası isə uzaqmənzilli idarə olunan bombadır və 50 kilometr məsafədən buraxıla bilər.

“Yasin bombası sərnişinli və sərnişinsiz təyyarələrə quraşdırıla bilər”.

Ə.Hatəmi deyib ki, yeni nəsil “Qaim” optik bombaları PUA, helikopter və qırıcı təyyarələrə quraşdırıla bilər. Bu bombalar istehkamları, hərəkət edən hədəfləri məhv etmək iqtidarındadır:

 “Bu bombalar çəkiləri və fərqli dağıdıcılıq qabiliyyətinə görə, müxtəlif PUA-lar, o cümlədən “Shahed 129”, “Hemase” və “Mohajer 6” pilotsuz uçan aparatlar üzərində quraşdırıla bilər.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …

Bir cavab yazın