Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Azərbaycanlı fəallar rejim tərəfindən hədələnməsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son zamanlar irqçi fars rejimin ETTELAAT İdarəsi azərbaycanlı fəallar yaxalayaraq, onları hədələməklə fəaliyyətlərindən əl çəkməyə çağırır.

Sulduzda azərbaycanlı fəa Əli Haciməhəmmədi təhdid edildiyi bir vaxtda azərbaycanlı Səccad Sedqi də yaxalanaraq, təhdid olunub

Rejim azərbaycanlı milli-mədəni fəal Səccad Sedqi yaxalayaraq bir neçə saat təhdidlər altında  dindirildikdən sonra buraxılıb.

Fəal avqustun 7-də Təbrizdə iş yerinə gedərkən yaxalanıb. fəal Təbrizin Saib küçəsində yerləşən rejimin ETTELAAT İdarəsinin təcridxanasına aparılıb. O sorğu-suala tutulandan sonra hədələnib və axşam saatlarında sərbəst buraxılıb.

Fəal hədələnmiş və ona bildirilmişdir ki, ETTELAAT məmurları zənginə mütləq cavab verməlidir, əks təqdirdə ağır cəzalandırılacaq.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın