Cümə axşamı , Aprel 30 2026
azfa

İndiki Rusiyanın Tümen bölgəsində qədim hun türlərinin məzarlığı tapıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tümen dövlət universitetinin bir qrup arxeoloqu arxeoloji qazıntılar zamanı hun türklərinə məxsus qədim qəbiristanlıq aşkar ediblər. Bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

“Tarix elmləri doktoru, professor Natalya Petrovna Matveyevanın rəhbərliyi altında arxeoloqlardan ibarət qrup Ustyuq rayonu, Staro Lıbayevo kəndindəki qazıntılar zamanı hun türklərinin qədim qəbirstanlığını kəşf edib. Qazıntılar zamanı uzunsov kəllə sümüyü olan skelet qalıqları tapılıb”, – deyə, məlumatda bildirilir.

Alimlərin məlumatına əsasən, uzunsov başı olan şəxslər əsl lider sayılırdılar. Hunlar uşaq vaxtından gələcəkdə döyüşçü olacaq oğlan uşaqlarının başını sarıyırdılar.

Universitetdən bildiriblər ki, əldə edilən materiallar qədimdə köçəri hunların niyə ilk olaraq Avropada yox, Sibirdə məskunlaşması barədə suala cavab tapacaq.

Qeyd edilir ki, ekspedisiya 6 həftə davam edib və onun gedişində 40 nəfər tələbə iştirak edib.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …

Bir cavab yazın