Regionu qarışdıran irqçi fars rejim Xəzərdə hərbiləşdirməyə cəhd edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, regionu qarışdıran irqçi fars rejim Xəzərdə hərbi təlimlərlə bu bölgəni də hərbiləşdirməyə cəhd edir.

Rejimin Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə  bu barədə deyib ki, yaxın günlərdə İran Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək.

O, mətbuata açıqlamada qeyd edib ki, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.

Kontr-admiral nəzərə çatdırıb ki, İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır. Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabrda Rusiyada olacaq.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın