Bazar ertəsi , May 6 2024
azfa

Avropa Birliyi də İrana Nüvə sazişi ilə bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Britaniyanın xəbər mənbələri avropalıların İran hökumətinə “Hərtərəfli Birgə Fəaliyyət Planı”ndan çıxması ilə bağlı xəbərdarlıq edib.

Son günlər nüvə sazişinin üzvləri olan Avropa gücləri, nüvə sazişinə dair öhdəliklərini azaltmaq üçün növbəti addımı atacağı ilə bağlı təhdidini reallaşdırarsa, avropalılar da sazişdən çıxacaqları barədə İrana xəbərdarlıq ediblər.

Britaniyanın “Guardian” qəzeti Avropa ölkələrinin İrana nüvə razılaşmasından çıxa biləcəkləri xüsusunda xəbərdarlıq etdikləri barədə məlumat paylaşıb.

Yazıda qeyd edilir ki, Aİ ölkələri “xüsusi olaraq İrana xəbərdarlıq ediblər ki, nüvə sazişindən uzaqlaşmaq üçün yeni addımların atılması ilə bağlı təhdidlərini gerçəkləşdirərsə, onlar da nüvə sazişindən çıxmaq prosesinə başlamağa məcbur olacaq”.

İndiyədək İran höküməti ABŞ-ın nüvə sazişindən çıxmasına cavab olaraq saziş çərçivəsində öhdəliklərini üç mərhələdə azaldıb. İran rəsmiləri avropalıları öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq ABŞ-ın sazişdən çıxması nəticəsində dəyən zərəri kompensasiya etmələrini istəyib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın