Qaşqay türkləri Xusrov xan Qaşqayın məzarı başında toplantı keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən oktyabrın 1-i qaşqayların elxanı Xusrov xan Qaşqayın rejim tərəfindən edam edilməsinin 37-ci ildönümü münasibətilə qaşqaylar onun Şirazın Darülhərəməsində yerləşən məzarı başında toplantı keçirdilər.

Rejimin təhlükəsizlik qüvvələrinin qorxuya düşüb, toplantıya mane olmasına baxmayaraq qaşqay fəallar öz elxanlarının ruhuna dua oxuyub və məzarı üstünə gül dəstələri qoyublar.

İrqçi fars rejimin Şirazdakı təhlükəsizlik qüvvələri toplantı olan bölgəyə əvvəlcədən hücum edib, ciddi-cəhdlə qaşqayların toplanmasına mane olmağa çalışıblar. Onlar qaşqay türklərini qorxutmaqla mərasimdən film və şəkil çəkilməsinə də mane olmağa çalışıblar.

Qeyd edək ki, bir neçə gün əvvəldən qaşqay türkləri Xusrov xan Qaşqayın məzarı başında toplantı keçirib və öz milli hüquqlarını tələb edəcəklərinə dair bəyanat yaymışdılar.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın