Bazar , Noyabr 22 2026
azfa

Quzey Azərbaycanın Şəki bölgəsində antik dövrə aid abidələr aşkarlandı –Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Azərbaycanın Şəki bölgəsinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır.

Qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Dövr Arxeologiyası şöbəsi və Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanan müqaviləyə əsasən həyata keçirilir.

Araşdırmalar antik dövrün izlərini üzə çıxarıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənovun sözlərinə görə, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərinə aiddir: “Ancaq keçid prosesində ərazidə yaşayan əhali dəyişməyib, sadəcə yeni mədəni dalğa özünü göstərib. Ərazidə 5 qəbir və 3 qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal olunur”.

Ərazidə dron vasitəsi ilə də çəkilişlər aparılır. Qazıntıların foto planları hazırlanır, 3D modeli yığılır. İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılmış “Əbədi süküt labirinti” muzeyində sərgilənəcək. Eksponatlar həmçinin yerli muzeylərə də təqdim olunub.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …

Bir cavab yazın