Cümə , Dekabr 27 2024
azfa

ABŞ dünya ictimaiyyətini İrana qarşı hərəkətə keçməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ irqçi fars rejimin nüvə fəaliyyətinə qarşı dünya ictimaiyyətinin tədbir görməsini tələb etdi. ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, İranda davam etdirilən nüvə fəaliyyətinə qlobal səviyyədə reaksiya verilməlidir.

Mayk Pompeo deyib: “İranın son hücumları və provokasiyaları səbəbindən narahatlıq keçirən beynəlxalq ictimaiyyət bu ölkənin nüvə silahı ilə necə davranacağını təxmin edə bilər. ABŞ buna əsla icazə verməyəcək. İranın daha da artan bu kimi təxribatları onun nüvə məsələsində hansı mövqe tutduğunu göstərir. İndi isə bütün ölkələr bu nüvə hədəsini rədd etməli və təzyiqləri artırmalıdır. İranın davam edən nüvə provokasiyaları hərəkətə keçməyi tələb edir”.

Qeyd edək ki, İran Fordoda uranın 5%-ə qədər zənginləşdirilməsinə başlayıb.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …

Bir cavab yazın